"MSI" komputerləri də "Windows 8"ə uyğunlaşdırılıb

5 Noyabr 2012 15:29 (UTC+04:00)

Movqe.az xəbər verir ki, texnologiya nəhəngi "MSI" yeni "Hamısı Birində" (All-in-One) kompüterini təqdim edib. Bu cihazın ən əhəmiyyətli xüsusiyyəti isə "Windows 8" əməliyyat sistemini istifadə etməsidir. İki model halında istifadəçilərə tanıdılan cihazlar 10 barmaq toxunuşu dəstəyinə də sahibdir. 27 düymlük ekranı ilə diqqət çəkən "AE2712 və AE2712G" üçüncü nəsil "Intel Core i5" prosessorunu istifadə edir. Cihaz "Nvidia GeForce GT630M" ekran çipindən güc alır.