İtlər uşağı parçaladılar

5 Noyabr 2012 16:44 (UTC+04:00)
Movqe.Az bildirir ki, Amerika Birləşmiş Ştatlarının Pittsburq şəhərində yerləşən heyvanxanada faciə baş verib. Hyvanxanada gəzən 3 yaşlı uşaq, Afrika çöl itlərinin olduğu yerə düşüb. Qrupların müdaxiləsinə baxmayaraq uşağı xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar istintaq başladılıb. Heyvanxana rəsmiləri uşağın itlərin hücumundan çox düşmə nəticəsində ölmüş ola biləcəyini söyləyirlər. Səhra Altı Afrikasına xas olan Afrika çöl itləri nəsli tükənmə təhlükəsi yaşayan növlərdəndir.