Biyonik ayaqla 103-cü mərtəbəyə çıxdı

5 Noyabr 2012 16:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Zak Vauter əmrləri beynindən alan biyonik ayağı ilə bir ilki reallaşdırıb. 31 yaşlı Vauter son model biyonik ayağı ilə dünyanın ən yüksək göydələnlərindən biri olan "Willis Tower"in pilləkənləri ilə 103-cü mərtəbəyə çıxıb. Bir motosiklet qəzasında ayaqlarından birini itirən Vauter düşüncə gücüylə hərəkət edən biyonik ayağını sınamaq üçün könüllü olaraq hərəkət edib. Biyonik qıçın pilləkənlərə dırmaşmasını düşünən zaman, mühərriklər və lazımlı parçalar diz və bilək hərəkətlərini sinxronizasiya edəcək şəkildə hərəkətə keçir. Bədənə yerləşdirilən qəbul mərkəzlərindən sinirlər vasitəsilə əmrləri qavrayan protez üzvlər, bu fəaliyyətlə ictimaiyyətə tanıdılıb. 3 min adamın qatıldığı dırmaşma hadisəsində Vauter xüsusi protezi ilə 2 min 100 pilləkən çıxıb. Və 8 milyon dollarlıq protezi ilə bu sahədə bir ilkə imzasını atıb. Düşüncə gücüylə hərəkət edən bionik protezlerin bazara çıxmasına hələ bir neçə il var.