Kokteyl üzünü yandırdı

5 Noyabr 2012 16:36 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngiltərədə ad gününü qeyd etmək üçün getdiyi barda odlu "Sambuca" kokteylini içərkən üzü yanan Şarlot Svabi adlı gənc qız kompensasiya qazanıb. Barnsleydəki barda baş verən hadisədə, yoldaşları 19-cu doğum gününə bir neçə gün qalmış ona hədiyyə olaraq "Sambuca" kokteyli sifariş vermişdi. İçki alovlandıqdan sonra partlayıb, Şarlottanın saçları, dərisi yanıb. "The Sun" qəzetinə müsahibə verən gənc qız çox böyük ağrı yaşadığını izah edərək, aldığı kompensasiya miqdarını söyləməyib.