Fransa Obamanı dəstəkləyir

5 Noyabr 2012 18:19 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Fransada edilən bir ictimaiyyət sorğusuna görə seçicilərin 78 faizi ABŞ-dakı prezident seçkilərini demokratik namizəd Barak Obamanın qazanmasını istəyib. "CSA" ictimaiyyət araşdırma mərkəzinin anketinə görə, Mitt Romneyi dəstəkləyənlərin nisbəti 5 faiz, qərarsızlıq nisbəti isə 17 faizdir. Araşdırma, fransız sol meylli seçicilər arasında Obamanı dəstəkləyənlərin nisbətinin 92 faizə qədər yüksəldiyini göstərib.