İlkin nəticələrə görə Obama irəlidədir

6 Noyabr 2012 15:03 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ-da neçə gündür maraqla gözlənilən prezident seçkisinə start verilib. İlkin nəticələrə görə prezident Barak Obama irəlidədir. ABŞ-ın "New Hampshire" əyalətinin iki qəsəbəsindən gələn ilkin nəticələrə görə Obama 28, rəqibi Romney isə 14 səs alıb. "Hart s Location"da isə istifadə edilən səslərin 23-ü Obamaya, 9-u isə Romneyə verilib. Respublikaçı qəsəbə olaraq bilinən "Dixville Notch" 2008-ci il seçkilsindən 4 il  sonra ilk dəfə idi ki, Demokratlar Partiyasına səs vermişdi.