Ajda Pekkan səhnədə yıxılıb - FOTO

6 Noyabr 2012 15:07 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Türkiyənin tanınmış müğənnisi Ajda Pekkan səhnədə oxuyan zaman yıxılıb. Orkestrin böyüyü Taşkın Sabah müğənniyə kömək edərək onu ayağa qaldırıb. Dizi qanayan Ajda Pekkan vəziyyəti izləyicilərə bildirmədən oxumağa davam edib.
Pekkan səhnədən düşən zaman onun paltarında olan qan izi diqqəti çəkib.
Ajda Pekkan: "Mənim kefim yaxşı olanda hər zaman pis nəsə olur. Səhnədə də kiçik problem yaşadım. Amma önəmli deyil" deyib.