Valideynlərin nəzərinə!

6 Noyabr 2012 16:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Almaniyada edilən araşdırmaya görə məlum olub ki, 6-cı aydan etibarən ana və ya ata körpənin çarpayısının yanında otursa körpə daha yaxşı yatır. "Camping out" olaraq adlandırılan bu texnikada həkim Monika Niehaus körpəni yatızdırıb sonra otağı tərk etmək lazım olduğunu söyləyib. "Nəzarətlə yatırmaq" adlı digər bir texnikada isə valideynlər ağlayan körpəsinə artan fasilələrlə maraq göstərməli, körpə beləcə öz-özünə yuxuya getməlidir. Mütəxəssislər, ana və ya atanın körpənin çarpayısının yanında oturmasının körpənin yuxuya getməsi üçün kömək etdiyini söyləyib.