Dünyaya 25 barmaqlı göz açıb - FOTO

6 Noyabr 2012 15:37 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Hindistanın Bhopal şəhərində yaşayan Arpan Saxenanın rəqəmlərlə arası heç yaxşı deyil. Belə ki, genetik pozğunluğa görə 13 əl və 12 ayaq barmağı olan Arpan əlləri ilə 1-dən 10-a kimi saya bilmir. Amma bu fərqlilik ona mənfi təsir etmir. O, Bhopaldakı yeganə 25 barmaqlı uşaq olduğu üçün fəxr edir. Arpan insanların onunla şəkil çəkdirmək istəməsindən xoşlansa belə, ayaq barmaqlarının çoxluğu ucbatından ayaqqabı geyə bilməməsi və uzaq yol gedə bilməməsindən narahatdır.
Arpanın ailəsi, dostları və qohumlarının əməliyyat təkliflərinə inandırıcı qəbul etmirlər. Çünki, əməliyyatdan sonra uşaq ətrafdan özünə qarşı maraq görməyəcək və belə olduqda onun psixologiyası pozula bilər.
Arpan 25 barmağı ilə rekord qıra bilməsə də, həmyerlisi Akşat Saxen 34 barmağı ilə dünya rekordunu əlində saxlayır.