Fransada yeni nəsil İslamı seçir
6 Noyabr 2012 16:15 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Fransada edilən
son araşdırma müsəlman gənclər arasında mühafizəkarlıq nisbətinin
getdikcə artdığını göstərib. Milli Demoqrafik Araşdırmalar Mərkəzi
(İNED) tərəfindən reallaşdırılan araşdırmada Fransada İslamın
ikinci din olduğu vurğulanıb. Fransada 2.1 milyon müsəlman yaşayır.
Bu isə Fransa əhalisinin 3.2 faizini təşkil edir. Müsəlmanlar
içində nizamlı olaraq dini vəzifələrini yerinə gətirənlərin 800 min
olduğu, xüsusilə yeni nəsil içində artan mühafizəkarlıq
nisbətlərinə diqqət çəkilib. Edilən araşdırmada Fransadakı
katoliklərin nisbətinin azaldığı, katoliklər içərisində kilsəyə
nizamlı getdiyini söyləyənlərin isə 5 faiz təşkil etdiyi
göstərilib.