Sadəcə 3 qida qəbul edən qadın
6 Noyabr 2012 15:51 (UTC+04:00)
Movqe.az xəbər verir ki, həyatı boyu sadəcə
3 şey yeyən qadın həkimləri şoka salıb.
ABŞ-ın Nyu York şəhərində yaşayan 1 uşaq anası olan 54 yaşlı Marla
Lopez həyatı boyu çörək, süd və kartof qızartması yeyərək
qidalandığını deyib.
"Good Morning America" proqramına çıxan Lopez, heç zaman
meyvə-tərəvəz yemədiyini açıqlayıb.
Qadının sağlamlıq problemi olmasa da həkimlər bu cür qidalanmanın
düzgün olmadığnı söyləyirlər.