İsrail üçün ən ideal ABŞ Prezidenti

6 Noyabr 2012 16:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, İsrail xarici işlər nazirinin köməkçisi Danni Ayalon, İsrailin ABŞ seçkilərində kimin qazanacağı ilə maraqlanmadığını, Vaşinqtonda Prezident vəzifəsi üçün yarışan hər iki partiyanı da dəstəklədiyini bildirib. Ayalon, İsrail radiosuna verdiyi müsahibədə, "İsrail üçün ən ideal ABŞ Przidenti, Amerika xalqının seçdiyidir.'' sözlərini bildirib. ABŞ prezidenti və Demokrat Partiyasından namizəd Barak Obamanın seçkiləri yenidən qazanması şəraitində Fələstin ilə sülh müzakirələri mövzusunda İsrailə təzyiq edəcəyini düşünmədiklərini bildirən Ayalon,''Barış üçün təzyiq istəmirik'' deyib. Həm prezident Obama, həm də Respublikaçı namizəd Mitt Rumni seçki kampaniyaları zamanı İsrailin təhlükəsizliyinin dəstəkçisi olduqlarını söyləyiblər.