Bacısını qaçırtdılar

6 Noyabr 2012 17:59 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Braziliyalı futbolçu Hulkun bacısıı silahlı təcavüzkarlar tərəfindən qaçırılıb. 22 yaşlı Anjelika Aparesida Vieiranın bir restaran qarşısındakı avtomobildə tək başına qaçırıldığı öyrənilib. Braziliya mətbuatında çıxan xəbərlərə görə, Cümə günü günorta saatlarında yaşadığı "Campina Grande" qəsəbəsində şəxsiyyəti naməlum kəslər tərəfindən qaçırılıb. Qaçırılma hadisəsi Braziliya polisi tərəfindən bazar ertəsi günü rəsmi olaraq təsdiqlənib. Təcavüzkarların pul istəmək məqsədiylə gənc qızı qaçırdıqları ehtimalının yüksək olduğu bildirilib.