Prodakşnlara da maliyyə vəsaiti ayrıla bilər

7 Noyabr 2012 07:36 (UTC+04:00)

"Telekanallara milli serial çəkilişləri üçün maliyyə ayrılması gündəmdədir. İlin sonuna qədər bu proses həyata keçiriləcək". Bu açıqlamanı APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli verib. Onun sözlərinə görə, maliyyə yardımı ayrılanda ümumrespublika yayımçıları ilə yanaşı, prodakşnlara da maliyyə vəsaiti ayrıla bilər: "Hələlik maliyyənin kimlərə veriləcəyi dəqiq deyil. Maliyyə ayrılandan sonra bu məsələ müzakirə olunacaq. Cizgi filmlərinin çəkilişi üçün maliyyə ayrılması da gündəmdədir. Bu məsələyə seriallara maliyyə ayrılmaları başa çatandan sonra baxılacaq".