Obama yenidən qalib gəldi

7 Noyabr 2012 11:01 (UTC+04:00)

ABŞ-da prezident seçkilərinin ilkin nəticələrinə görə hazırkı prezident Barak Obama rəqibi Romni üzərində qalib gəlib.

Obamanın qalib gəlməsi son anda məlum olub.

Ekspertlərin bildirdiklərinə görə, Obama seçimdə tərəddüd edən ştatlardan gələn səslərin hesabına qalib gəlib.