Mitt Romni seçkilərdə məğlubiyyətini etiraf edib

7 Noyabr 2012 11:26 (UTC+04:00)

ABŞ-da prezidentliyə namizəd Mitt Romni məğlubiyətini qəbul edib və Amerikanın hazırki preizdneti Barak Obamanı seçkilərdə ki qələbə münasibətilə təbrik edib.

O, seçki qərargahında çıxışı zamanı söyləyib: "Mən indicə seçkilərdə qalib gəlməsi münasibəti ilə Barak Obamaya zəng vuraraq onu təbrik etdim".

M.Romni onu bu yarışda dəstəkləmək üçün çoxlu güc sərf edən məsləhətçilərinə, seçkilərdəki müttəfiqi – vitse prezidentliyə namizəd Pol Rayana, həmçinin həyat yoldaşı Enn və ailəsinə minnətdarlığını bildirib: "Sizin hamınıza minnətdarlığımı bildirirəm. Mənə ayırdığınız zamana, diqqətə, etdiyiniz zənglərə, yazıdğınız nitqlərə və göstərdiyiniz dəstəyə görə çox sağ olun. Mən Barak Obamaya prezident vəzifəsində uğurlar arzulayıb. Mən prezidentin ölkəmizi və millətimizi uğurla idarə etməsi üçün dua edirəm".