YouTube artıq istənilən şəxsə pul qazandıracaq

17 Aprel 2012 19:19 (UTC+04:00)

Artıq YouTube sisteminin partnyor proqramına, istənilən şəxs qoşulub öz yüklədiyi roliklərdən gəlir əldə edə bilər.

 

Bu haqda YouTube partnyor bloqunda məlumat verilir. Partnyor bloqu videoların müəlliflərinə yüklədikləri roliklərə görə gəlir əldə etmək imkanı verir.

 

Qeyd edək ki, əvvəllər ancaq populyar rolik müəllifləri partnyor ola bilərdilər. Bu gün isə, bu hər bir kəs üçün keçərlidir.

 

YouTube–nun partnyor siyahisində 20 ölkə yer alıb. Adı siyahidə olmayan ölkələrdənsə Rusiyada var.

 

YouTube qeyd edir ki, bu siyahi dahada genişlənəcək. Artıq bunun üçün işlər görülür.

 

Türkan Nadirqızı

Movqe.Az