“Təzə bazar”ın təsisçiləri arasında kütləvi dava
7 Noyabr 2012 13:40 (UTC+04:00)
Bu gün Bakının Nəsimi rayonu ərazisində yerləşən məşhur bazarlardan
biri olan "Təzə bazar" adlanan ticarət mərkəzində qalmaqal baş
verib. Hadisə şahidlərininverdiyi məlumata görə, bazarın 2
təsisçisi arasında 30 nəfərin yer aldığı kütləvi dava baş verib.
Verilən məlumata görə, "Təzə bazar"ın ofisinin qapısı sındırılıb,
30 nəfərə şəxs arasında kütləvi dava düşüb. Hətta davada
yaralananlar da olub.
Bazarın mühafizə xidmətinin əməkdaşalrının verdikləri məlumata görə
isə, dava bazarın 2 təsisçisi arasında baş verib. Belə ki,
təsisçilərdən biri Vaqif Şıxəliyev bazarın ofisinə gələrək qapını
sındırıb. Sonradan digər təsisçi Məmmədağa İbrahimov gəlib və
aralarında mübahisə sonradan dava ilə nəticələnib. Davaya onların
işçiləri də qarışıb və məsələ daha da uzanıb.
Məsələ ilə əlaqədar ilk öncə Məmmədağa İbrahimov isə ANS PRESS-ə
açıqlamasında bildirdi ki, bu gün saat 08:00 radələrində digər
təsisçi Vaqif Şıxəliyev başına bir neçə nəfər yığaraq bazarın
ofisinə hücum çəkib. "Qapını sındırıblar işçilərimi döyüblər. Mən
bazarın təsisçisi və müdiriyəm. Vaqif Şıxəliyev də təsisçilərdən
biridir. Lakin o bazarı dağıdırdı. Mən bunun qarşısını almağa
çalışmışam. Hazırda bu iş məhkəmədədir. Məhkəmə Vaqif Şıxəliyevin
iş tamamlanmayana qədər ofisə gəlməsinə qadağa qoyub və bütün
işlərin icrası mənə tapşırılıb".
Məmmədağa İbrahimovun sözlərinə görə, Vaqif Şıxəliyev bununla razı
olamyıb və bu gün ofisin qapısını sındırıb.
Bazarın ikinci təsisçisi Vaqif Şıxəliyev isə ANS PRESS-ə
açıqlamasında bildirib ki, Məmmədağa İbrahimovun dedikləri
yalandır: "Məhkəməyə müraciət edib, mənə ofisə girnməyi icazə
vermir. Əvvəllər inandığım insan olub, sonradan məni aldadıb. Mən
heç kimi döyməmişəm. Sadəcə mən də təsisçiyəm və ofisə girməyə
haqqım var. Polisə də ifadə vermişəm. Məhkəmədə müvəqqəti olaraq
məni işdən kənarlaşdırmaq üçün qərar verilib. Lakin mən yenidən
apleyasiya məhkəməsinə verəcəyəm".
Nizami rayon Polis İdarəsinin əməkdaşı Nizami Paşayev isə məsələ
ilə bağlı ANS PRESS-ə açıqlamasında faktı təsdiqləyib. Faktla bağlı
araşdırma aparılır