Elçin Əfəndiyevin köməkçisi tutuldu

7 Noyabr 2012 13:41 (UTC+04:00)
ABU-nun sabiq rektoru Elşad Abdullayevin işi ilə bağlı daha bir nəfər saxlanılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, tutulan şəxs Nazirlər Kabinetinin əməkdaşı, baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi Vaqif Hüseynovdur. V. Hüseynov dələduzluqda təqsirli bilinir.
O, Azərbaycan Beynəlxalq Universitetinə (ABU) lisenziya almaqda köməklik göstərəcəyini vəd edərək E. Abdullayevdən 1 milyon manat almaqda şübhəli bilinir.