Ölmədən əvvəl 47 illik xəyalını reallaşdırdı

7 Noyabr 2012 13:46 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-da yaşayan və xərçənglə mübarizə aparan Kathleen Rinard özü kimi xərçəng xəstəsi olan həyat yoldaşına həyatının ən gözəl hədiyyəsini verib. Rinard son istəyi Cobra idman avtomobili ilə gəzmək olan yoldaşına bir deyil, 29 avtomobil 'hədiyyə edib'.

Cobra idman avtomobilinə sahib adamı axtararaq ondan yoldaşını gezdirmesini xahiş edən Rinard xəstəxananın önünə gələn 29 idman avtomobili görüncə çox sevinib.

Rinardın axtardığı adam vəziyyəti digər Cobra sahiblərinə bildirib və hamısı, ikiqat unudulmaz bir an yaşatmaq üçün xəstəxanaya gəliblər.

Avtomobilləri görüncə sevinən Dayton 1965-ci ildən bəri bu anın xəyalını qurur.

Rinard bunları söyləyib: "O xəstəliyim boyunca mənim yanımda idi. Bu ona son hədiyyəm olacaq".