Qlobal istiləşmə öz təsirini göstərir

7 Noyabr 2012 16:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Elm adamlarının apardığı araşdırmaların nəticələrinə görə, qlobal istiləşmə və iqlim dəyişikliyi Şimal Qütbün qar örtüyünə mənfi təsir edir. Amerika Geofizika Birliyinin jurnalında nəşr olunan araşdırmaya görə, bölgədəki qar örtüyünün ərimə müddəti son 5 ildə daha sürətlə baş verib. Dr.Kris Derksen, qar örtüyünün əriməsinin bölgədəki həyatı, bitki örtüyünü və torpaq istiliyini dəyişdirəcək dərəcədə olduğunu söyləyib.