Çiplərin satış həcmi azalır

7 Noyabr 2012 16:02 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (Semiconductor Industry Association, SIA) növbəti hesabatına əsasən, 2012-ci ilin sentyabrında yarımkeçirici satışlarının həcmi 24,79 milyard ABŞ dollarına bərabər olub. Bu göstərici ötən ayla müqayisədə 2 faiz çoxdur.
Movqe.Az "dailycomm.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin üçüncü rübündə çip satışlarından əldə olunan mədaxil 74,4 milyard dollar təşkil edib. Bu göstərici ötən rüblə müqayisədə 1,8 faiz artıb. Lakin 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə satış həcmi 4.7 faiz azalıb.
"Yarımkeçirici satışlarının artması dünya iqtisadiyyatındakı qeyri-stabil vəziyyətə baxmayaraq, bu seqmentdə nisbi sabitlik yaranmasından xəbər verir. Bununla belə, yarımkeçirici sənayesinin göstəriciləri ötənilki nəticələrdən geri qalır" – "SIA"-nın prezidenti və icraçı direktoru Brayan Tuhi (Brian Toohey) qeyd edib.