“Rusiya əməkdaşlığa hazırdır”

7 Noyabr 2012 16:30 (UTC+04:00)
Movqe.Az Ria-Novostiyə istinadən xəbər verir k, Rusiya ABŞ-ın yeni administrasiyası ilə geniş miqyaslı əməkdaşlığa hazırdır. Bu barədə Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib.
"Əlbəttə ki, biz ABŞ-ın yeni administrasiyası ilə işlərimizi davam etdirəcəyik. Rusiya qarşılıqlı maraqlar, qarşılıqlı hörmət və bərabər hüquqluluq çərçivəsində Amerika administrasiyasının hazır olduğu qədər əməkdaşlıqda dərinə getməyə hazır olduqlarını bildirib", - deyə Lavrov vurğulayıb.
Rusiya XİN rəhbəri eyni zamanda ABŞ-da yenidən prezident seçilən Barak Obamanı təbrik edib və bu seçkilərin nəticələrinə şübhə etməyin mənasız olduğunu vurğulayıb.