Dünyanın ən balaca məktəblisi - FOTOLAR
7 Noyabr 2012 16:45 (UTC+04:00)
Bu yaxınlarda dünyanın ən balaca qızcığazı hesab edilən Şarlotta
Qarsaydın 5 yaşı tamam oldu və o, məktəbə yollandı.
Movqe.Az-ın verdiyi məlumata görə, balaca
qızcığaz ibidai məktəbə valideynləri Emma Nyuman və Skot Qarsayd
tərəfindən gətirilib. Onlar ümidvardırlar ki, Şarlotta uşaq
kollektivi ilə rabitə yarada biləcək.
Qyed edək ki, çəkisi cəmi 4 kq, boyu isə 68 sm olan Şarlotta
anadangəlmə xəstəliklə əlaqədar olaraq, cırtdanlığın ən nadir
növünə tutulub. O, dünyaya gələndə tibb işçiləri onun yaşama
şansının az olduğunu deyərək, cəmi bir neçə il ömür sürəcəyini
bildirmişdilər. Lakin "düyməcik" hamını təəccübləndirərək fəal,
şən, çox mehriban qız kimi böyüməkdə davam edir.
Məktəbdə onun intellektual səviyyəsi üç
yaşlı uşağınkı ilə eyni olduğu üzə çıxıb. Bu valideynləri çox
sevindirib.
Balaca qızcığaz oyuncaqların və həmyaşıdlarının yanında qeyri-adi
görünür.
Qeyd edək ki, Şarlotta ailənin yeganə övladı deyil, onun özündən
böyük 3 bacısı - Xloya (15 yaş), Sabrina (12 yaş) və Sofiya (8 yaş)
var.
İlk öncə valideynləri məktəbdə onun təhlükəsizliyindən narahat
idilər. Lakin orda qızcığazın şəxsi pedaqoqu var, həmçinin o,
göründüyündən daha güclü iradəyə malikdir.