Hədəfi "130"dur

7 Noyabr 2012 16:45 (UTC+04:00)
Movqe.Az bildirir ki, İngiltərənin Derbişeir şəhərində yaşayan Req Din 110 yaşını qeyd edib. Səhhəti ilə bağlı tortun şamlarını yatağında söndürən təqaüdçü keşiş Req Din, "130 yaşımda da yenə bir ad günü yığıncağı keçirəcəyik" sözlərini söyləyib. Xatırladaq ki, Req Din Derbişeir qraflığının ən yaşlı sakinidir.