Daha bir ölkə homeseksual evliliyi qəbul edib

7 Noyabr 2012 17:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Sosialist Əmək Partiyasının keçmiş prezidenti Jose Luis Rodriqez Zapateronun 2004-cü ildə ilk dəfə hakimiyyətə gəlməsindən sonra, 30 iyun 2005-ci ildə, aldığı eynicinslilər arasında evliliyə qanunilik qazandırılması qərarı, "konstitusiyaya zidd olduğu və evliliyin əsas quruluşunu pozduğu" səbəbləriylə  30 sentyabr 2005-ci ildə Konstitusiyaya Məhkəməsi tərəfindən rədd edilmişdi. Qərarını vermək üçün 7 il gözləyən Konstitusiya Məhkəməsi homoseksuallar arasında evliliyi bugün təsdiq edib. Digər tərəfdən İspaniyada 7 il müddətində 22 min 442 homoseksual cütlüyün evləndiyi bildirilib. Homoseksuallar arasında evlilik qərarı dünyada ilk dəfə 2001-ci ildə Hollandiyada verilib. Dünyada 11 ölkədə bu istiqamətdə qanun var.