Əfqanıstanda neft çıxarılmağa başlanılıb

7 Noyabr 2012 17:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, Nəhayət Əfqanıstan geniş yeraltı qaynaqlarından istifadə etməyə hazırlaşır. Ölkənin ilk neft sahəsi şimal əyaləti Sarıpulda nazir Vahidullah Şerani tərəfindən açılıb. ABŞ Geologiya Təşkilatına görə isə Əfqanıstanda 1,9 milyard barrel məbləğində xam neft ehtiyatı olduğu güman edilir. Neft qiymətlərinin eyni qalması vəziyyətində Əfqanıstan, ölkənin 2011-ci ildəki Ümumi Millli Məhsulun (GNP) yarısı olan 9 milyard dolları neftdən qazana biləcək. Dünya Bankının 2011-ci il hesabatına görə, Əfqanıstanın ümumdaxili məhsulunun 97 faizi hərbi xərclər ya da hədiyyə fondlarından əldə edilir. Gələcək zamanlarda Qabil rəhbərliyinin neft yataqlarından ildə təxminən 9 milyard dollarlıq gəlir əldə edə biləcəyi hesablanır. Bu, Qabil üçün böyük əhəmiyyət daşıyır.