Həyat yoldaşını "Google"da tapıb

7 Noyabr 2012 18:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, "The Entertainmentwise" saytında yer alan xəbərə görə, tanınmış model Keyt Moss "The Kills" qrupunun gitaristi Cemi Hinsin şəkillərini görən zaman çox təsirləndiyini bildirib. Moss, "The Kills" qrupunun gitaristi Cemi ilə keçən il ailə həyatı qurub.  Keyt Moss 2007-ci ildə rəfiqəsi ilə birlikdə "Google"dan həyat yoldaşının adını axtardığını söyləyib. Müsahibə verən Moss, həyat yoldaşı ilə birlikdə yaşadığı gülməli hadisələrdən danışıb.