Hisslərin qoxusunun təsiri

7 Noyabr 2012 18:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, Hollandiyalı elm adamlarının "Psychological Science" jurnalında nəşr olunan araşdırmalarında, qorxu və iyrənmə hissləri əsas götürülüb, qoxuların insanlar üzərindəki təsiri araşdırılıb. Yaşamaq üçün böyük əhəmiyyət daşıyan qorxu və iyrənmə hissləri ümumi olaraq üz ifadəsi və bədən hərəkətləri ilə aydın olur. İnsanlar, qorxduqları vaxt daha sürətli nəfəs alır, gözləri böyüyür və daha tez hərəkət edirlər. Diksindikləri zaman isə qaşlar aşağı enir, burun yığılır və daha az nəfəs almağa çalışırlar. Elm adamları, araşdırmaya qatılan kişilərə qorxu və diksinmə yaradan filmlər izlədiblər və bununla da onların qoxusu üzərində araşdırma aparıblar. Bu qoxuları qadınlara qoxladan elm adamları, qadınların üz ifadələrini qeyd ediblər. Cizgilərində ''qorxu qoxusunun'' qadınlarda da sürətli nəfəs alma kimi qorxu ifadələrinə,''diksinmə qoxusunun" da burunlarının yığılması kimi diksinmə ifadələrinə səbəb olduğu sübut edilib. Elm adamları, insanların ifraz etdiyi qoxuların kütlələrin davranışları üzərində təsirinin olduğunu güman edirlər.