Lady Gagadan rekord hədiyyə!

8 Noyabr 2012 14:03 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Amerikalı müğənni Lady Gaga, Sandy qasırğasından zərərçəkənlərə kömək məqsədilə "Qırmızı xaç"a 1 milyon dollar bağışlayacağını açıqlayıb.

Nev-Yorkda doğulan müğənni pulu valideynləri və bacısı adına bağışlayacağını açıqlayıb: "Lover Eastside, Harlem, Bronx və Brooklyn kimi yerlər olmasaydı, bu günkü qadın və sənətçi ola bilməzdim. Ruhumu canlandıranlara təşəkkür edirəm. İndi mən sizin ruhunuzu yenidən canlanmasına kömək edəcəyəm'' – deyib.