Royadan açıqlama gəldi

8 Noyabr 2012 13:00 (UTC+04:00)
Müğənni Röya Ayxan yaradıcılıq işlərindən danışıb. Müğənni ötən gün yerli telekanalların birində yayımlanan proqramda Türkiyədə fəaliyyəti ilə bağlı açıqlamalar verib.

O, bildirib ki, hazırda Türkiyənin məşhur müğənnilərindən biri ilə yeni əməkdaşlığa başlayıb. Müğənni hələlik əməkdaşlıq etdiyi müğənninin adını gizli saxlayıb.

Şəxsi həyatı ilə bağlı danışan Röya bildirib ki, həyat yoldaşı Anar onun yaradıcılığını Türkiyədə davam etdirməsinə çətinliklə razılıq verib: "İki aya qədər Anar mənim Türkiyəyə getməyimə razı deyildi. Amma artıq razılıq verib. Bəlkə də qorxur ki, geri qayıtmaram".