"Erməni soyqırımı" layihəsi yenidən gündəmə gələ bilər

8 Noyabr 2012 18:45 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ Senatına "Erməni genosidinin tanınması üçün ötən mart ayında təklif verən iki nəfər şəxs yenidən senator seçilib. Nyu Cersidə Demokratlar Partiyasının senator namizədi olan Robert Menendez ikinci dövr senat seçkilərini də qazanıb. Menendez ilə layihəni hazırlayan Respublikaçı Mark Kirk də yenidən seçilib. Onlar mart ayında hazırladıqları layihədə1915-ci il hadisələrinin "soyqırım" kimi tanınması çağırışını etmişdi.