Rus xalqının 66 faizi siyasətlə maraqlanmır

8 Noyabr 2012 19:33 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Rus araşdırma şirkətlərindən olan "Levada"nın etdiyi araşdırmaya görə; xalqın 66 faizi siyasət ilə maraqlanmadığı ortaya çıxıb. Rusiyanın 45 ayrı bölgəsində anketə qatılan 1600 nəfərdən yalnız 26 faizi siyasətlə maraqlandıqlarını söyləyib. Rusiyanın ehtiyacları mövzusunda isə xalq iki istiqamətə bölünmüş vəziyyətdədir. Xalqın rəhbərliyi nəzarət altında tutması lazım olduğunu düşünənlərə 56 faiz, güclü bir rəhbərlik tələb edənlər isə 40 faiz itəşkil edib. Problemlərin həlli üçün məhkəmələrə gedilməsi lazım olduğunu düşünənlər isə azlıq təşkil edr; əksəriyyət haqqını axtarmaq üçün media kimi başqa alternativ yollara müraciət etməyi üstün verir.