Region gəncləri yol təhlükəsizliyini müzakirə etdi - FOTOLAR

8 Noyabr 2012 17:45 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, "Gələcək Naminə" Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi "Region gəncləri yol təhlükəsizliyi uğrunda" layihəsi çərçivəsində Yevlax rayonunda növbəti görüşünü təşkil edib.

Əsas məqsədi yol təhlükəsizliyinə ciddi əməl olunmasını təşviq etmək və vətəndaş məsuliyyətini artırmaq olan bu layihə çərçivəsində keçirilən görüşlərə əsasən rayonun yeniyetmə və gəncləri cəlb olunub.

Görüş və seminarlar zamanı iştirakçılara yol təhlükəsizliyinin əhəmiyyəti, gənclərin məsuliyyətinin artırılması və s. istiqamətlərdə verilmiş məlumatlarla yanaşı zəruri ədəbiyyatlar da paylanıb.

Birliyin sədri İsgəndər Ağakişiyevin verdiyi məlumata görə layihə həm də BMT-nin 2011-2020-ci illər üzrə yol təhlükəsizliyi ilə bağlı qəbul etdiyi dekadaya töhfə verməyi və hər kəsi bu işdə fəal olmağa çağırmağı nəzərdə tutur.

Qeyd edək ki, layihə Yevlax və Mingəçevirdə həyata keçirilir.