"Sui-istifadəylə mübarizə davam edəcək"

8 Noyabr 2012 18:32 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Çinin siyasi tarixində əhəmiyyətə sahib olan Çin Kommunist Partiyasının Milli Konqresi öz işinə başlayıb. Bir həftə davam edəcək konqres nəticəsində Çin Kommunist Partiyasının ali səviyyəli rəhbərləri təyin olunacaq.

Çin Dövlət Başçısı və Partiya lideri Hu Cintao, sui-istifadəylə mübarizə səylərinin fasiləsiz davam edəcəyini açıqlayıb: "Partiyanın əsas siyasi məqsədi sui-istifadə halları ilə mübarizə aparmaq və böyük problemlər yaradan siyasi bütövlüyü təmin etməkdir."

Çin Kommunist Partiyasının 18-ci Milli Konqresi etiraz nümayişlərinə səbəb olub. Çin hökumətinin Hong Kongdakı ofisi qarşısında toplanan bir qrup etirazçı, Pekinə insan haqqları mövzusunda islahat aparmağa çağırış edib: "Heç bir siyasi islahat etmədilər. Yalnız insan haqqlarının gerilədiyini və demokratiyanın geriyə getdiyini görürük. Bu Kommunist Partiyanın insan haqqları və ifadə azadlığı məsələsindəki heç bir iş görmədiyini hiss edirik. Tək partiyalı diktatorluğunun sona çatdırılmasını tələb edirik."

Çin Kommunist Partiyasının ali rəhbərliyinin dəyişməsinin ardınca, gələcən il Çin Prezidenti və Baş naziri vəzifələrində də dəyişiklik olacaq. Çin Dövlət Başçısı Hu Cintaonun vəzifəsini köməkçisi Şi Cinpingə təhvil verməsi gözlənilir.