“Bir daha belə hadisələr olmayacaq”

11 Noyabr 2012 13:20 (UTC+04:00)

"Azərbaycanlılarla bağlı baş verən bütün hadisələrdən xəbərdaram. Son günlər baş verən 12 hadisə haqqında məlumatım var". APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu sözləri Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib. Nazir son vaxtlar ölkədə baş verən oğurluq və işgəncə hadisələrini ciddi nəzarətə götürdüklərini bildirib: "Mən şəxsən aparılan təhqiqata nəzarət edəcəyəm. Biz müəyyən əməliyyatlar keçirməyi planlaşdırırıq. Heç bir problem olmayacaq. Mən söz verirəm ki, bir daha belə hadisələr baş verməyəcək".