Ermənistan və Fransa prezidentləri Qarabağı müzakirə edəcək

12 Noyabr 2012 12:43 (UTC+04:00)

Bu gün, noyabrın 12-də Parisdə Ermənistan və Fransa prezidentləri Serj Sarksiyan və Fransua Ollandın görüşü baş tutacaq.

Tərəflər iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəklər.
Gözlənilir ki, dövlət başçıları Dağlıq Qarabağın nizamlanması probleminə də toxunacaqlar. Sarkisyan səfər çərçivəsində baş nazir Jan-Mark Ero, parlamentin sədri Klod Bartoloni, Senat sədri Jan-Pyer Bel ilə görüşəcək.
Səfər başa çatdıqdan sonra Serj Sarksiyan bir həftəlik məzuniyyətə yollanacaq.