Obama seçildi deyə işçilərini qovdu

12 Noyabr 2012 14:37 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ABŞ-da ötən həftə keçirilən seçkilərdə Barak Obamanın yenidən prezident seçiləcəyi təqdirdə işçilərini qovacağını söyləyən bir şirkət rəhbəri öz sözünün üstündə durub.
ABŞ-ın enerji sektorundan kömür istehsalı ilə məşğul olan və mərkəzi Ohayoda yerləşən "Murray Energy"nin prezidenti Robert Mörey, Respublikaçı namizəd Mitt Romneyin seçkilərdə uduzacağı təqdirdə işçilərini qovacağını bildirmişdi.
Murray Obamanın zəfərinin ardınca şirkətinin üç fayrı şöbəsində çalışan təxminən 150işçisini azad edib.
Hadisədən əvvəl şirkətdə 3 minə yaxın işçi olub. Biznes qurumunun rəsmisi Qari Brodbent işdən çıxarmaların davam edəcəyini və məsələ ilə əlaqədar ictimaiyyəti məlumatlandırmağa davam edəcəklərini açıqlayıb.
Şirkətdən verilən açıqlamada Robert Möreyın Obamanın kömür istehsalına qarşı aparacağı mübarizəyə reaksiya olaraq insanları işdən çıxarıb.
ABŞ-ın Əmək Nazirliyinin açıqladığı rəqəmlərə görə, ölkədə oktyabr ayı ərzində kömür sektorunda cəmi 80 min adam işləyib.