Rəşad Sadıxov diqqət mərkəzində

12 Noyabr 2012 14:51 (UTC+04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiya (İFFHS) altı qitənın ən məşhur məşhur futbolçularının siyahısı açıqlayıb. Avropanın ən tanınmış 80 futbolçusu arasında həmyerlimiz, milli komandamızın kapitanı Rəşad Sadıqov da var. "Qarabağ"ın üzvü siyahıda 43-cü yeri tutub. Sevindirici haldır ki, Rəşad populyarlığına görə, sıralamada Sami Xedira ("Real", Almaniya millisi), Sami Handanoviç ("İnter", Sloveniya millisi), Erik Abidal ("Barselona", Fransa millisi), Aryen Robben ("Bavariya", Hollandiya millisi), Xuan Mata ("Mançestr Siti", İspaniya millisi), Dmitar Berbatov ("Fulhem", Bolqarıstan millisi), Nani ("Maçnestr Yunayted", Portuqaliya millisi), Robert Levandovski ("Borusiya" Dortmund, Polşa millisi), Eşli Koul ("Çelsi", İngiltərə millisi), Robbi Kin ("Los Anceles Qalaksi", İrlandiya millisi) kimi ulduzları qabaqlayıb.