Qalatasaray tilsimi qırdı
12 Noyabr 2012 14:55 (UTC+04:00)
Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində IV tura
yekun vurulub.
Son oyun günündə daha 8 qarşılaşma baş tutub.
E qrupunda İtaliya nəhəngi "Yuventus" doğma meydanda Danimarkanın
"Nordsjaelland" komandasını qəbul edib bə rəqibinə heç bir şans
verməyib - 4:0. Digər oyunda "Şaxtyor" səfərdə "Çelsi"nin qonağı
olub və 2:3 hesabı ilə uduzub.
F qrupunda Almaniyanın köklü klublarından olan "Bavariya" evdə son
Fransa çempionu "Lill"lə qarşılaşıb. Görüş Münhen təmsilçisinin
böyükhesablı qələbəsi ilə başa çatıb - 6:1. İspaniyanın "Valensiya"
klubu doğma azarkeşləri önündə BATE ilə üz-üzə gəlib və görüşdən
məğlub ayrılıb - 2:4.
G qrupunun lideri "Barselona" klubu Şotlandiyaya səfər edib.
Kataloniya təmsilçisi burada "Seltik"lə münasibətlərinə aydınlıq
gətirib və rəqibinə 1:2 hesabı ilə məğlub olub. Moskva "Spartak"ı
isə Portuqaliyada "Benfika"nın qonağı olub. Görüş "Benfika"nın
inamlı qələbəsi ilə başa çatıb - 2:0.
H qrupunda Türkiyənin "Qalatasaray" klubu Rumıniyada "ÇFR Kluj"
komandası ilə üz-üzə gəlib. Son Türkiyə çempionu turnirdə ilk
qələbəsini qazanıb - 3:1. Portuqaliyanın "Braqa" klubu doğma
azarkeşləri önündə "Mançester Yunayted" komandasını sınağa çəkib.
"Braqa" hesabı açan tərəf olsa da, sonda meydanı məğlub tərk edib -
1:3.