Bu da yeni bank kartları
12 Noyabr 2012 15:20 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İnternet
vasitəsilə bank hesabınıza daxil olaraq ödəmə və alış-veriş etməyi
unutmaq vaxtıdır! Sinqapurda tanıdılan yeni nəsil bank kartı
vasitəsilə bir çox əməliyyat onlayn olaraq edilə biləcək. Sinqapur
və Avropanın bəzi ölkələrinin banklarında istifadə edilməyə
başlayan kartlar "LCD" ekranına və sensorlu düymələrə malikdir.
Həmçinin sahibinin hər dəfə yenilləyə biləcəyi tək şifrə ilə də
istifadə edilə bilir. Yeni nəsil bank kartlarının ölçüsünün
köhnələri kimi hazırlandığını söyləyən Naqra Şəxsiyyət
Təhlükəsizliyi işçisi Filip Qilau bundan sonrakı addımın, kart
ekranından limit və hesab məlumatlarını görmək olduğunu söyləyib.