Nəhayət ki, barışdılar

12 Noyabr 2012 16:05 (UTC+04:00)
Movqe.az xəbər verir ki, iki ildir düşmənçilik edən texnologiya nəhəngləri "Apple" və "HTC" ​​nəhayət razılığa gəlib. Xüsusilə mobil telefon nəhəngləri arasında davam edən patent mübarizəsində əhəmiyyətli bir inkişaf olub. İki şirkət 10 illik lisenziya razılaşmasına imza atdıqlarını bildirib. Edilən lisenziya müqaviləsi bu gün və gələcəkdə alınan patentləri əhatə edir. Xatırladaq ki,2010-ci ildə başlayan iddiada "HTC" "Apple"ın özünə aid 20 patenti pozduğunu müdafiə edərək iddia açmışdı.