"Yunanıstan üzərinə düşəni etdi"
12 Noyabr 2012 16:05 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Yunan parlamenti,
9,2 milyard avro qənaəti nəzərdə tutan 2013-cü il büdcəsini
günlərdir davam edən etirazlara baxmayaraq təsdiqləyib. Səs verməyə
qatılan 299 millət vəkilindən 167-si "kəmər sıxmağa" layihəsinə
"bəli" deyib. Baş nazir Antonis Samaras nəzarətindəki siasi
üçlükdən ibarət koalisiya hökumətinin təxminən 4 milyard avroluq
maliyyə islahat paketi də ötən çərşənbə günü qəbul edilmişdi.
Dünən axşamkı səsvermə öncəsi məclis kürsüsünə çıxan Baş nazir
Samaras, "Yunanıstanın üzərinə düşəni etdiyini hər kəs bilir, indi
sözünün üstündə durmaq sırası kreditorlardadı" kimi fikirlər
səsləmdirib.
Noyabrın 16-da 31,5 milyard avroluq yardımın müəyən hissəsini
almağa nail olacaq Yunanıstanda büdcənin qəbul edilməsi əsas şərt
idi.