BBC-nin istefa xəbəri

12 Noyabr 2012 16:14 (UTC+04:00)
Movqe.Az bildirir ki, BBC xəbər müdiri Helen Boaden ilə köməkçisi Stiv Mitşelin, keçən il vəfat edən aparıcı Cimmi Sevil ilə əlaqədar icra edilən istintaq çərçivəsində vəzifələrindən ayrılmalarının istəndiyi bildirilib. "BBC Newsnight" proqramının, aparıcılıq edən Sevil haqqındakı təcavüz iddialarını bildiyi, ancaq yayımlamadığı məlum olub. Boaden ilə Mitşelin yerinə Fran Ansuors ilə "BBC Radio 4 Today" proqramının redaktoru Ceri Tomas gətirilib. Təşkilatın ümumi müdiri Corc Entuisl isə dünən BBC-də yayımlanan "Newsnight" proqramında Mühafizəkar Partiyalı bir lordun uşaq təcavüzü qalmaqalına qarışdığının səhvən iddia edilməsinin və bu adamın haqsız yerə hədəf halına gətirilməsindən sonra vəzifəsindən kənar edilib. BBC rəhbərlik qurupunun Entuisla 450 min sterlinq olan bir illik maaşını ödəyəcəyi məlumatı isə reaksiyalara səbəb olub. BBC-də həftə içi hər axşam yayımlanan "Newsnight" proqramında, aktual xəbərlər qonaqlarla müzakirə edilir. Jurnalist Ceremi Paksman isə proqrama aparıcılıq edirdi. İndi isə, BBC-dəki qalmaqala səbəb olan və illərdir yayımlanan "Newsnight" proqramının gələcəyi sorğu-suala altındadır.