"11.11." alış-veriş çılğınlığı

12 Noyabr 2012 17:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Dünən "Tənhalar günü"nü qeyd edən çinlilər, 11 noyabrda dörd dənə birin yan-yana gəlməsinə görə internet vasitəsilə alış-veriş yarışına giriblər. Çin mediasına görə, dünən gecə aparılan satışlar, ABŞ-da internet vasitəsilə ilin ən çox onlayn alış-veriş edildiyi "Cyber ​​Monday"-ni də geridə qoyub. İnternetdə alış-veriş etmək üçün 1999-cu ildə qurulan "Alibaba Group"un bünyəsindəki "Taobao" və "Tmail" kimi onlayn alış-veriş saytları dünənki günə görə böyük güzəştlər edib. "Alibaba" tərəfindən verilən məlumata görə, 11 noyabr günü ölkə daxilində 100 milyondan çox sifariş alıblar və cəmi 19,1 milyard yüənlik (təxminən 3,1 milyard dollar) alver edilib. Həyata keçirilən satışın keçən ilə görə 300 faiz artım göstərdiyi də bildirilib. Dünən 10 milyard yüənlik satış rəqəmini keçməyi bacaran qrup, keçən il ABŞ tərəfindən rekord qırılan yeganə gündəlik onlayn alış-veriş saytını geridə qoyub. ABŞ-da 2011-ci ildə 1,25 milyard dollarlıq satış edilib. Bundan əlavə, saatların 11:11 olduğu vaxtda bütün ölkədə bir milyondan çox istifadəçinin alver üçün sayta hücum etdiyi və saytda problemlər yaşandığı bildirilib. "Alibaba" qrupunun tərkibində işləyən rəsmilər, bu satış rəqəmlərinin özlərini də təəccübləndirdiyini, satışlardan məmnun olduqlarını, dünya rekordunu qırmağın xoşbəxtliyini yaşadıqlarını qeyd ediblər. Çində internet vasitəsilə alver edənlərin sayı təxminən 193 milyondur. ABŞ-da isə bu rəqəm 170 milyondur.