İçkiyə qoyulan qadağa qüvvəyə minir

12 Noyabr 2012 17:45 (UTC+04:00)
Movqe.Az bildirir ki, Fransanın Strasburq şəhərinin bəzi səmt və küçələrində içki içmək qadağası bu axşam qüvvəyə minir. Strasburq Bələdiyyə Başçısı Roland Reisin imzaladığı qanuna görə, dinclik və nizamı qorumaq məqsədiylə 21.00 - 05.00 saatları arasında içki içmək qadağan edilib. Bu qanuna əməl etməyənlərə 38 avro pul cəzası kəsiləcək. Strasburq Bələdiyyəsindən verilən məlumata görə, xüsusilə gənclərin kütləvi şəkildə həddindən artıq spirtli içki qəbul etdiklərindən sonra ətrafa və insanlara zərər verib asayişi pozduqlarına görə bu qərarın verilib.