Yeni vertolyotu ilə şou göstərdi

12 Noyabr 2012 18:10 (UTC+04:00)
Movqe.Az bildirir ki, Son illərdə aviasiya və kosmos sahəsində böyük uğurlara imza atan Çin yeni hərbi vertolyotunu nümayiş etdirib. Dövlət mediası, ölkənin cənubundakı Quanqdonq əyalətinin Juhai şəhərində sabah başlayacaq aviasiya sərgisindən əvvəl Çinin "WZ-10" hərbi vertolyotunun foto və videolarını yayımlayıb. "Z-9B" orta model vertolyotun inkişaf etdirilmiş halı olan "WZ-10"-un dəqiq ağırlığı 5 min 543 kiloqram, uzunluğu 14,15 metr, yerdən hündürlüyü 3,84 metr, ümumi eni isə 4,35 metrdir. 1996-cı ildən bəri iki ildə bir təşkil edilən sərgi, bazar gününə qədər davam edəcək. Bu sərgidə həmçinin Çin, xarici müştəriləri cəlb etmək üçün inkişaf etdirdiyi son model hərbi müdafiə və hücum vasitələrini tanıdacaq. Bunların arasında öz istehsalı olan mərmi müdafiə etmə sistemləri və doqquz döyüş təyyarəsi də var. Keçən günlərdə ilk təyyarə gəmisini xidmətə qoyan Çin, bundan əlavə ABŞ-dan sonra eyni texnologiyaya sahib dördüncü nəsil  "J-20"-nin ikinci versiyası olan beşinci nəsil "J-31" qarabasma təyyarəsini sınaqdan keçirib.