Beynəlxalq Olimpiya Komitəsini su basdı

12 Noyabr 2012 17:37 (UTC+04:00)
Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İsveçrənin Lozanna şəhərindəki mənzil-qərargahı su xətti şəbəkəsinin partlaması səbəbindən işini dayandırıb.
Lent.az-ın məlumatına görə, hadisə nəticəsində mərkəzi binanı su basıb, binada saxlanılan sənədlərin bir hissəsinə zərər dəyib.
Subasma İOC-un Cenevrə gölü sahilindəki ofisinə ciddi zərər vurub. Bina qarşısındakı meydança bütövlüklə suya bürünüb. Su yer səthindən aşağıda yerləşən parkinq və bir sıra konfrans zallarına sızıb. Onlar arasında qurumun 7-ci prezidenti Xuan Antonio Samarançın adını daşıyan geniş zal da var.
İOC işini həftənin ortalarından tez bərpa etməyəcək.