Tərk edildiyinə görə dilini kəsdi

12 Noyabr 2012 18:36 (UTC+04:00)
Movqe.Az bildirir ki, Hindistanın Sendhua şəhərində yaşayan bir adam təhqir etdiyi arvadının onu tərk etməsindən sonra dilini kəsib. Banti Verma adlı 32 yaşlı televiziya təmirçisi, Hema adlı arvadı ilə tez-tez dalaşır və ona davamlı təhqir edirdi. Hema artıq buna dözə bilməyib və qızını da götürərək evi tərk edib. "Hindistan Times" qəzetinin xəbərinə görə, Banti peşman olub. Arvadını geri qazanmaq istəyən adam bunun üçün inanılmaz bir həll yolu seçib və dilini kəsərək problemi "kökündən" həll etməyə qərar verib. Məntiqsiz hadisədən sonra arvadına məktub yazaraq, "artıq xətrinə dəyməyəcəyəm" deyən Banti xəstəxanaya aparılıb. Arvadı isə ona geri dönməyib.