TQDK 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyini müzakirəyə çıxardı
12 Noyabr 2012 18:20 (UTC+04:00)
Təhsil Nazirliyinin şöbə müdiri və dərslik müəllifi də dəvət
olunublar
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ibtidai sinif
müəllimlərinin elmi-metodiki seminarı keçirilib. TQDK-nın mətbuat
xidmətindən Lent.az-a verilən məlumata görə, seminarda tam orta
məktəblərin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi və
müəllimlər üçün elmi-metodiki vəsait müzakirə olunub.
Seminar iclasında Bakı və Sumqayıt şəhərlərinin ibtidai sinif
müəllimləri, Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, dərslik
müəllifi Rafiq İsmayılov və AMİ-nun dosenti Vaqif Qurbanov iştirak
ediblər. Müzakirələrdə TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Quba və
Şəki regional bölmələrindən internet vasitəsi ilə videobağlantı
əsasında həmin bölgələrin ibtidai sinif müəllimləri də iştirak
etmiş və gündəlik məsələ ilə bağlı fikirlər bildirib, təkliflər
veriblər.
Növbəti seminar iclasında tam orta məktəblərin 1-ci sinifləri üçün
Azərbaycan dili dərsliyinin və müəllimlər üçün elmi-metodiki
vəsaitin müzakirəsi davam etdiriləcək.